12px13px15px17px
Tarix:06/05/14

Ölkədə ən populyar axtarış sistemi hansıdır?

Axtarış sistemlərinə nəzər salsaq görərik ki, Azərbaycanda ən populyar sistem hazırda 65,66% bazar payına malik olan  "Google.az"dır. Ötən illə müqayisədə bu sistemin istifadəçilərinin sayı 3,28% artıb.

İkinci yeri son bir ildə bazar payı 4,06% azalaraq 11,48% təşkil edən "Google.com" tutur, üçüncü yeri isə bazar payı 2,63% azalaraq 6,06% təşkil edən "Google.ru" tutub. İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca bazar payı 1,53% azalaraq 4,53% təşkil edən "Google.com.tr", istifadəçilərinin sayı cüzi artaraq bazarın 3,35%-ni təşkil edən "Yandex.ru", 2,86% bazar payına malik olan "Mail.ru" və 2,73%-lə "Binq.com" gəlir.
 
Bundan başqa, ölkədə ən çox istifadə edilən brauzer son bir ildə "Chrome" olub. Onun bazar payı  ötən illə müqayisədə 0,88% artaraq 51,39% təşkil edib. Brauzerlər bazarında ikinci yeri 18,88%-lə "Opera" tutub. Bu brauzerin bazarda payı son bir ildə 3,43% azalıb. Digər,  "Android" brauzerinin istifadəçilərinin sayı isə 5,15% artaraq 9,13% təşkil edib.
 
Qeyd edilən üçlüyün ardınca bazar payı ötən illə müqayisədə iki dəfə azalaraq 3,69% təşkil edən "Firefox", bir il ərzində istifadəçilərinin sayı 3,96% azalaraq 4,58% olan "İnternet Exploer", 2,95%-lə "iPhone" və 1,85%-lə "Safari" gəlir.   
Əməliyyat sistemlərinə gəldikdə, demək olar ki, Azərbaycanda hazırda ən çox istifadə olunan əməliyyat sistemi "Windows"  əməliyyat sistemidir (ƏS). O, 49,27% bazar payı ilə liderdir. İkinci yeri bazar payı son bir ildə 12,69% artaraq 17,77% təşkil edən "Android" ƏS, üçüncü yeri istifadəçilərinin sayı 12,55% azalaraq 11,58% olan "WindowsXP"  tutur. "iOS" ƏS-nin bazar payı son bir ildə 2,42% artaraq 5,59% təşkil edib, "Windows 8"-in istifadəçilərinin sayı 2,9% artaraq 5,34%, "Series 40"-ın bazar payı cüzi artaraq 3,57%, "Symbian"ın payı cüzi azalaraq 1, 42%, "Windows 8.1"-in payı isə 1,05 təşkil edib.
 
Qeyd edək ki, "Microsoft" şirkətinin "WindowsXP" əməliyyat sistemini dəstəklənməsini dayandırmağına baxmayaraq bu sistem hələ də dünyada ən çox istifadə edilən əməliyyat sistemlərindən biridir. "StatCounter" şirkətinin araşdırmalar şöbəsinin məlumatına əsasən, mart ayında "Windows 7" 54,7% bazar payı ilə dünya lideri idi, "Windows XP" isə 18,6% bazar payı ilə ikinci yeri tuturdu.

 Məlumat üçün bildirək ki, "StatCounter" şirkətinin qlobal statistik göstəriciləri üç milyondan çox saytın ayda 15 milyarddan çox baxışı əsasında hazırlanır.

Aynur Vəliyeva
 



Baxış sayı: 821

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024