12px13px15px17px
Tarix:06/05/14

Paytaxtda internet xidmətlərinin keyfiyyətinin artırılması üzrə tədbirlər görülür

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) internet xidmətlərinin keyfiyyətini artırmaq məqsədi ilə tədbirlərə başlayıb.


BTRİB-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, qeyd edilən tədbirlər çərçivəsində abunəçilərin toplaşdığı ərazilərə yaxın yerlərdə telekommunikasiya şkafları quraşdırılacaq.
Optik kabellər son istifadəçiyə yaxın yerdə quraşdırılacaq telekommunikasiya şkaflarında toplanılacaq. Bu, optik kabellər üzərindən ötürülən trafikinmarşrutlanmasınavə kommutasiyasının həyata keçirilməsinə imkan verəcək. Artıq ilkin olaraq bu işlər ATS 493 ərazisində başlanılıb.

Gələcəkdə bütün20-30 minlik  iri ATS-lərdə, o cümlədən ATS 566,ATS 561-də bu işlərin aparılması nəzərdə tutulub.

Gələcəkdə  böyük həcmli telekommunikasiya şkaflarının əsasında mini-ATS-lərin yaradılması nəzərdə tutulur, bu son istifadəçilərə göstərilən internet xidmətlərinin keyfiyyətini  artırmağa imkan verəcək.
 
Aynur Vəliyeva



Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024