12px13px15px17px
Tarix:19/08/11

Çin mikrobloqu populyarlıq göstəricisinə görə “Twitter”ə çatıb

Çinin “Weibo” mikrobloqlar xidmətində qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 milyonu ötüb. Qeyd edək ki, “Twitter” şəbəkəsi Çin Xalq Respublikasında (ÇXR) qadağan edilib. Onun analoqu olan “Weibo” isə sürətlə populyarlaşır. Hələ aprel ayında onun auditoriyası 140 milyon abunəçidən ibarət idi. Hazırda isə bu göstərici 200 milyon istifadəçidən çoxdur.

Çində demək olar ki, 500 milyon insanın internetə girişi var, ona görə də “Weibo” mikrobloqlar xidməti yaxşı artım perspektivinə malikdir. Artıq indi resurs ÇXR-də ən məşhur sosial xidmətdir və ölkənin ən çox daxil olunan saytlarının siyahısında üçüncü yeri tutub.

“Weibo” xidmətinin sahibi “Sina” şirkəti ikinci maliyyə rübündə 119 milyon dollar gəlir əldə edib. Bu isə keçənilki nəticə ilə müqayisədə 20% çoxdur. Lakin xalis gəlir 61% azalaraq 25 milyon dollardan 10 milyon dollara qədər enib.



Baxış sayı: 1081

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024