12px13px15px17px
Tarix:07/05/14

Maye kristal displey ixtiraçısı dünyasını dəyişib

Dünən maye kristal texnologiyasının yaradıcısı Corc Xeylmeyer vəfat edib. Hazırda bütün monitorlar və televizorlar bu texnologiya əsasında buraxılır. “The New York Times” nəşri yazır ki, Xeylmeyer hələ aprelin 21-də  öz evində dünyasını dəyişib. Mühəndisin qızının sözlərinə görə, onun atası alsqeymer xəstəliyindən əzab çəkib və məhz bu, ölümə səbəb olub.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 1960-cı illərin ortalarında Xeylmeyer “Radio Corp of America” (RCA) şirkətinin tədqiqat laboratoriyasında işləyib. Artıq o zaman Xeylmeyer  ekranda təsvirin formalaşdırılması üzərində təcrübələrə başlayıb.
 
 
1968-ci ilin mayında “RCA” şirkətinin nümayiş etdirdiyi yeni texnologiyanı elektron cihazlarda istifadə etmək mümkün idi. Artıq o zaman bir sıra alimlər LCD ekranların gələcəyinə inanırdılar. Əlbəttə ki, 60-cı illərdə maye kristal texnologiya məhdud şəkildə tətbiq edilirdi və ekranlarda uzun müddət işıqlandırıcı olmayıb, amma texnologiya daim təkmilləşirdi.
 
Emil Hüseynov



Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024