12px13px15px17px
Tarix:07/05/14

Cənubi Koreya istehsalçısı “OLED” televizorların istehsalını dayandırır

“Samsung Electronics” şirkəti “OLED” (üzvi işıq diodlu) texnologiyalı panellərin istehsalına investisiyaların yatırılması ilə bağlı planlarından imtina edib. Belə ki, Cənubi Koreya istehsalçısı televizor bazarında güclənən rəqabət fonunda belə məhsulların buraxılışının məqsədəuyğunluğuna şübhə ilə yanaşır.  

“Samsung” “OLED” televizorların buraxılışına 2013-cü ildə başlasa da, qiymətin yüksək olması səbəbindən (55 düym diaqonallı modelin qiyməti 14,7 min dollar təşkil edir) onlara tələbat zəif olub.
Şirkət “OLED” panelləri Sinqapurun Tanconq istehsal kompleksi ərazisində yerləşən zavodda kiçik həcmdə buraxır. İstehsalın 2014-cü ilin sonunda iri zavoda keçirilməsi planlaşdırılsa da, istehsalçı “OLED” məhsulların effektivliyinin zəif olmasına görə bundan imtina edib.

“Samsung” “OLED” bazarında tədqiqat və işləmələri davam etdirmək niyyətindədir, lakin yaxın gələcəkdə belə televizorlar buraxmağı düşünmür. Bunun əvəzinə Asiyanın elektronika nəhəngi mobil qurğular üçün kiçikölçülü “OLED” panellərin istehsalı üzrə yeni zavodu istifadəyə verəcək.

Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur, - “DailyComm www.dailycomm.ru” yazır. 



Baxış sayı: 583

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024