12px13px15px17px
Tarix:08/05/14

“Nokia” şirkəti böyük ölçülü “Android” smartfonu buraxıb

"Nokia" şirkəti cari ilin fevralında keçirilmiş "Mobile World Congress" (MWC) sərgisində nümayiş etdirilmiş yeni "X" xəttindən "Android" smartfonunu təqdim edib. 5 düymlük "Nokia XL" modeli "Nokia X" (4 düym) smartfonunun "iriləşdirilmiş" variantıdır. Aparat 190 avro (təxminən 265 dollar) qiymətinə Asiya və Yaxın Şərq bazarlarına çıxarılacaq. Aparat ABŞ-da satışa çıxarılmayacaq.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Nokia XL" aparatı "Nokia X" stilində işlənib hazırlanıb, amma daha böyük ekrana malikdir, iki SİM kart dəstəkləyir və daha keyfiyyətli kamera ilə təchiz olunub. Aparat 1 QHs takt tezlikli ikinüvəli "Qualcomm Snapdragon" prosessoru, 768 MB əməli yaddaş, 5 meqapiksellik işıqlandırıcıya malik əsas kamera və 2 meqapiksellik ön kamera, 2000 milliamper/saat tutumunda akkumulyator, "GPS" və akselerometrlə təchiz olunub.
 
Daxili daşıyıcının həcmi dəqiqləşdirilməyib, amma aparatın yaddaşını "MicroSD" kartının köməyi ilə artırmaq mümkün olacaq. Aparat parlaq rənglərdə (açıq-yaşıl, narıncı, mavi, sarı, qara və ağ) əlçatan olacaq.
 
Emil Hüseynov



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024