12px13px15px17px
Tarix:12/05/14

Azərbaycan Cenevrədə keçirilmiş Geoməkan Forumunda təmsil olunub

İsveçrənin Cenevrə şəhərində Dünya Geoməkan Forumu keçirilib. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilən məlumata görə, foruma komitənin rəsmiləri - Aparat rəhbərinin müavini Ağakişi Alıyev, Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev və Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru Elçin Məhərrəmov qatılıb.
 
Forumda geobulud texnologiyaları, “ağıllı” şəhərlər üçün torpaq informasiya sistemlərinin yaradılması, qlobal inkişafı dəstəkləmək üçün əməkdaşlıq, şəhər planlaşdırılması mövzusunda fikir mübadiləsi aparılıb. Tədbirin özəyini forum çərçivəsində təşkil olunmuş sərgi təşkil edib.
 
DTXK-nın əməkdaşları forum çərçivəsində qabaqcıl dünya şirkətlərinin yenilikləri ilə tanış olaraq komitənin və onun tabeçiliyində olan müəssisələrin gündəlik fəaliyyətinin yüksəldilməsi üçün maraq kəsb edən məhsulları müəyyənləşdirib, əlaqədar mütəxəssislərlə danışıqlar aparıb və ilkin razılıqlar əldə ediblər.
 
Qeyd edək ki, bu forum bir neçə illik tarixə malik olsa da, biznes strukturları tərəfindən maraqla qarşılanır. Belə ki, forumda geoməkan texnologiyaları sahəsində ixtisaslaşan şirkətlər il ərzində istehsal etdikləri məhsul və texnologiyaları təqdim edir, yeni ixrac bazarları axtarır, öz patentlərini digər şirkətlərlə bölüşürlər.
 
CAHANGİR
 



Baxış sayı: 599

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024