12px13px15px17px
Tarix:12/05/14

“Bakcell” proqramçıları və developerləri bir araya gətirir

“Bakcell” şirkəti 2011-ci ildən başlayaraq gənc proqramçıları və developerləri bir araya gətirən layihələrə dəstək verir. 2011-ci ildə Xəzər İnvestisiya Mərkəzi (XİM) ilə birgə şirkət mobil rabitə sənayesinin əsas təmsilçiləri, bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər səlahiyyətli insanlar arasında əməkdaşlıq və biznes imkanları yaradan açıq cəmiyyət platforması - “Mobile Monday” (MoMO) beynəlxalq şəbəkəsini Azərbaycana gətirib.

Azərbaycanda “MoMo”-nun əsas vəzifəsi yerli və dünya mobil bazarındakı ən son texnologiyaların köməyi ilə ölkənin  mobil sektorunda innovasiyaların tətbiq edilməsi və müasir texnologiyalar vasitəsilə yeni layihələrin həyata keçirilməsini təşviq etməkdir.
 
İnnovasiyalar “Bakcell” şirkətinin fəaliyyətinin əsasını təşkil edir. Şirkətin məqsədi bazarın tez-tez dəyişən tələblərinə cavab verən texnoloji yeniliklərin tətbiqinə və dəyərli abunəçilərinə böyük imkanlar verən yeni layihələrin həyata keçirilməsinə dəstək göstərməkdir.
 
RƏVAN



Baxış sayı: 805

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024