12px13px15px17px
Tarix:12/05/14

Böyük Britaniyada polislər daşınan kameralarla təchiz edilir

Böyük Britaniya polislərin daşınan kameralarla təchiz edilməsi üzrə ən böyük layihənin işə salınmasını bəyan edib.

Bildirilir ki, Londonun on inzibati rayonunda 500 qanun keşikçisi uniformaya bərkidiləcək xüsusi videokamera ilə təchiz ediləcək. Polislərin gündəlik iş fəaliyyətinin lentə alınmasının cinayətlərin açılmasına kömək edəcəyi və hüquq müdafiəçiləri və müxtəlif təşkilatlar tərəfindən qanun keşikçilərinin hərəkətləri ilə bağlı iradları aradan qaldıracağı güman edilir. Son olaraq bu, cinayət hallarının sayını azaldacaq və vətəndaşların polislərə inamını artıracaq.  

Pilot layihə üçün “TSR” şirkətinin "Axon Body Camera” videokamerasından istifadə olunur. Bu kameralar 130 dərəcəlik baxış bucağını təmin edir, akkumulyator batareyasının enerjisi 12 saat videoyazı üçün yetir.
Hər növbənin sonunda polislər çəkilən materialları xüsusi serverə yükləyərək onları orada bir ay müddətinə saxlayırlar. Lent yazısı müəyyən araşdırmanın aparılması və ya səlahiyyətli orqan tərəfindən tələb olunsa, o, sübut statusu ala bilər.

Təşəbbüs uğurlu olacağı halda layihənin Böyük Britaniyanın digər şəhərlərində də tətbiq ediləcəyi istisna edilmir, - "3DNews www.3dnews.ru” yazır. 



Baxış sayı: 505

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024