12px13px15px17px
Tarix:12/05/14

Stiv Cobs nə üçün həmişə eyni paltar geyinib?

Stiv Cobs öz məhsullarının təqdimatında həmişə eyni cür geyinirdi: “Levi`s” cins şalvar, qara rəngli “St.Croix” sviteri və “New Balance” idman ayaqqabısı. Amma Stiv nə üçün məhz bu geyimi sevirdi? Cavab kifayət qədər sadədir. Bioqraf Uolter Ayzekson bu sirri açıb.

“ICTnews" elektron xəbər xidməti “macradar.ru” saytına istinadən bildirir ki, məsələ ondadır ki, 80-ci illərin əvvəllərində Cobs Yaponiyaya səfəri zamanı “Sony” yaradıcılarından biri Akio Moritaya sual verib ki, nə üçün onun şirkətində əməkdaşlar eyni iş paltarı geyinirlər. Müharibədən sonra geyimlə bağlı problemlər yaşanıb və “Sony” kimi şirkətlər öz işçilərini geyimlə təmin edib. Əlbəttə, seçim yox idi, buna görə bütün geyimlər eyni olub. Müəyyən vaxtdan sonra isə eyni geyim dəbdə olan uniformaya çevrilib.

"Mən qərara gəldim ki, “Apple” şirkətində də bu cür korporativ birlik tipi yaratmaq lazımdır" – Cobs deyib.

“Sony” şirkəti öz əməkdaşları üçün məşhur dizayner İsseya Miyakedən kömək istəyib. Nəticədə dəbli neylon gödəkcə yaradılıb: qolları çirmələndikdə jiletə çevrilirdi. Cobs, həmçinin Miyakeyə bu ideya ilə bağlı müraciət edib. Stiv xatirəsini bölüşür:

"Mən bir neçə nümunə götürüb geri qayıtdım və əməkdaşlarıma dedim ki, hamımız işdə bu jiletlərdən geyinsək, əla olar. Onlar bunu narazılıqla qarşıladılar".

Sonralar Cobs və Miyake dostlaşıblar, Stiv bu ideyadan imtina etməyib və özü üçün uniforma hazırlatdırıb.

Emil Hüseynov 




Baxış sayı: 406

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020