12px13px15px17px
Tarix:13/05/14

Azərbaycan Rumıniyada keçirilən “İnfomatrix” beynəlxalq yarışmasında “Qızıl medal” qazandı

Qafqaz Universiteti (QU) İKT Elmi Tədqiqat Mərkəzinin "Robototexnika" qrupunun yaratdığı "QUsumo" komandası 8-12 May 2014-cü il tarixlərində Ruminiyada keçirilən "İnfomatrix"  beynəlxalq  yarışmasına qatılıb. Yarışmaya müxtəlif ölkələrdən çox sayda komanda qatılıb.
 
 "QUsumo" komandasının hazırladığı LEGOSUMO yapon güləş robotu bütün komandaların robotlarını məğlub edib və "Qızıl medal"a layiq görülüb. Universitetdən qeyd edilib ki, QU-da "Kompüter mühəndisliyi" ixtisasında təhsil alan Əsəd Məmmədov və Tərlan Bakirli adlı iki tələbəmizin iştirak etdiyi bu olimpiada robot sahəsində dünyada ən nüfuzlu olimpiada hesab edilir: "Bu uğur təkcə universitetimizin deyil,  Azərbaycan təhsilinin, elminin,  bir sözlə, gündən-günə hər sahədə inkişaf edən ölkəmizin uğurudur.  Olimpiada dünyada zonalar üzrə 5 ölkədə təşkil olunur və dərəcəyə daxil olan komandalar finala vəsiqə qazanır".
 
 
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi (www.ictsrcqu.org) 2010-cu ildən etibarən Qafqaz Universiteti nəzdində fəaliyyət göstərməkdədir. İKT Elmi Tədqiqat Mərkəzinin iş prinsipi İKT sahəsində araşdırmalar aparmaq, dünya təcrübəsini öyrənmək, ölkəmizdə tətbiq etmək üçün layihələr və elmi tədqiqat işləri hazırlamaqdan ibarətdir. İKT Elmi Tədqiqat Mərkəzinin 2012-ci ilin başlanğıcından güc verdiyi sahələrdən biri də "Robototexnika" və "Süni İntellekt"dir.
 
Bu sahənin inkişafı üçün İKT Elmi Tədqiqat Mərkəzində "Robotics & Süni İntellekt" elmi tədqiqat qrupları yaradılıb. Bundan başqa, mərkəz respublikada ilk dəfə olaraq robotlar üzərində olimpiada keçirtmək və elmi tədqiqat işi aparmaq üçün 25 ədəd "LEGO NXT" robototexnika alıb. İKT Mərkəzinin tədqiqat apardığı digər sahələr isə elektron dövlət, elektron ticarət, elektron idarəetmə, İT layihələrin idarəedilməsi, İT konsaltinq və s. İKT yönümlü sahələrdir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.