12px13px15px17px
Tarix:14/05/14

“Elektron hökumət” portalına 4 yeni elektron xidmət əlavə edilib

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təqdim etdiyi daha 4 elektron xidmət "Elektron hökumət" portalı üzərindən göstəriləcək.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, artıq "Başa çatdırılmamış tikililər kimi özəlləşdirilən obyektlərin hərracda satışına dair sifarişlərin qəbulu", "Orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin pul hərracında satışına dair sifarişlərin qəbulu", "Kiçik müəssisələrin (obyektlərin) hərracda satışına dair sifarişlərin qəbulu" və "Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan qeyri-yaşayış sahələrinin hərracda satışına dair sifarişlərin qəbulu" xidmətləri portala inteqrasiya edilib. 

 
Sözügedən elektron xidmətlər müvafiq olaraq təşkil edilən hərraclarda iştirakçıların qeydiyyata alınması üçün sifarişlərin qəbulu, özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində behin ödənilməsi və hərracda iştirak hüququnun verilməsi barədə bildirişin təqdim edilməsi ilə bağlı qaydaları müəyyən edir.
 
CAHANGİR
 
 



Baxış sayı: 653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024