12px13px15px17px
Tarix:14/05/14

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinə həsr edilmiş internet resurs istifadəyə veriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 3 fevral 2014-cü il tarixli Sərəncamına uyğun olaraq ölkəmizdə bir sıra silsilə tədbirlər həyata keçirilir.

“ICTnews” elektron xəbər xidmətinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu tədbirlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA Gəncə Bölməsində Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən veb-sayt hazırlanıb.
 
Yaxın günlərdə istifadəyə veriləcək  “3w.mirzashafi.az” saytı 7 bölmədən ibarət olacaq. Burada M.Ş.Vazehin həyat və yaradıcılığı, onun hikmətli sözləri, xələfləri və sələfləri haqqında ətraflı məlumat veriləcək.
 
Saytın ana səhifəsində dahilərin M.Ş.Vazeh haqqında dediyi sözlər, biblioqrafiya bölməsində ədib haqqında yazılan kitab və biblioqrafiyalar barədə məlumatlar yer alacaq. Musiqi bölməsində isə dahi şairin şeirlərinə bəstələnmiş musiqilərin notları yerləşdiriləcək.
 
Sayta Mirzə Şəfi Vazehin Avropanın Berlin Milli Arxivi və Kitabxanası, eləcə də Almaniyanın Prussiya Mədəni İrsi Mərkəzindən ölkəmizə gətirilmiş əlyazmaları da yerləşdiriləcək.
 
Qeyd edək ki, veb-sayt Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və alman dillərində də fəaliyyət göstərəcək.
 
CAHANGİR




Baxış sayı: 742

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024