12px13px15px17px
Tarix:14/05/14

“LG” şirkətinin fitnes trekerləri mayın 18-də buraxılacaq

Cənubi Koreyanın “LG” şirkəti iki fitnes-aksesuarın – smart “Lifeband” brasleti və ürək döyüntülərinin tezliyini izləyən “Heart Rate Earphone” qarniturasının çıxış tarixini açıqlayıb. “Consumer Electronics Show” (CES) sərgisində nümayiş etdirilmiş hər iki cihazı mayın 18-dən etibarən başlayaraq satın almaq mümkün olacaq. “LG” şirkəti bu cihazların qiymətini daha sonra açıqlayacaq.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Lifeband Touch” – bu, insanın fiziki aktivliyinə nəzarət edən smart-qolbaqdır. Onun qapağının alt hissəsində iki ötürücü yerləşdirilib: üçoxlu akselerometr və hündürlüyü ölçən. “LG” şirkəti cihazı hazırlayan zaman rəqiblərindən ən yaxşı ideyaları götürərək tətbiq ediblər.
 
Bundan başqa, “Lifeband” daxil olan zəng və SMS haqda bildirir, smartfonda musiqi oxudulmasının idarəsinə icazə verir. Yeni cihaz həm  “iOS”, həm də “Android”-qurğularla işləyir. Akkumulyatorun tutumu 90 milliamper/saat təşkil etsə də, 5 günlük istifadə üçün kifayətdir.
 
“Heart Rate Earphone” – bu, nəbzi ölçən simsiz qulaqcıqlardır. Ürək  ritmi qulağın damarlarındakı qanaxmanın ritmik dəyişikliyinə görə  təyin edilir.
 
Emil Hüseynov



Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024