12px13px15px17px
Tarix:15/05/14

“Adsız” planşetlərin qlobal təchizat həcmləri 27,4% azalıb

Bu ilin birinci rübündə dünya üzrə “adsız” planşetlərin təchizatının həcmi 20,4 milyon təşkil edib.
 
“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən,  təchizat həcminin azalması əsasən, “adsız” planşetlərin vendorlarının Çində yerləşməsi ilə bağlıdır.
 
Təchiz edilən modellər arasında 7 düymlük modellərin payı 70,5%, 7,85/7,9 düymlük modellərin  21,3%, 8 və 9 düymlük  4,2%, ölçüsü 9 və 10 düymdən yuxarı  2,9%, ölçüsü 10 düymdən yuxarı olan planşetlərin payı isə 1,1% təşkil edib.
 
Hindistan, İndoneziya, Tailand, Rusiya və Şərqi Avropa ölkələri kimi inkişaf edən ölkələrdə artan tələbatı nəzərə alaraq ekspertlər ikinci rübdə “adsız” planşetlərin təchizat həcmlərinin artımını 14,2%, il ərzində isə 45,6%  proqnozlaşdırırlar. Beləliklə, bu il ərzində “adsız” planşetlərin təchizat həcmlərinin 23,3 milyonadək artacağı gözlənilir.
 
Aynur Vəliyeva



Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024