12px13px15px17px
Tarix:16/05/14

E-xidmətlərin siyahısına bu dəfə ümumilikdə 7 təchizatçı tərəfindən təqdim olunan 20 xidmət daxil edilib

Adətən hər ay üzrə 10 xidmətin adının yer aldığı e-xidmətlərin siyahısında bu dəfə ümumilikdə 7 təchizatçı tərəfindən təqdim olunan 20 xidmət daxil edilib.
 
Beləliklə, 01.04.2014 – 30.04.2014-cü il dövrü ərzində “Elektron hökumət” portalı vasitəsilə
ən çox istifadə olunan e-xidmətlərin siyahısına 55889 müraciət sayı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Telefon nömrəsi üzrə axtarış” xidməti rəhbərlik edir. Portalda fəallığı ilə seçilən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Sığortaolunanın onlayn uçota alınması” xidməti isə ikinci yerdə gəlir və bu xidmət üzrə “www.e-gov.az”–a 11596 müraciət qeydə alınıb.
 
Fondun “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” xidmətinə 7116, “Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı” xidmətinə 4240, “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” xidmətinə 3444 müraciət olunub. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sıyahının 6-cı pilləsində yerləşən “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” xidməti üzrə isə portala 1887 daxilolma qeydə alınıb.
 
 
Növbəti yerlərdə 1676 sayla DSMF-nın “Pensiya kalkulyatoru”, 1541 sayla “Pensiyaçıya məlumatların verilməsi”, 770 sayla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Vətəndaşın fərdi məlumatları barədə arayış” xidmətləri gəlir. Siyahının 10-cu pilləsində qərarlaşan Ədliyyə Nazirliyinin “Azərbaycan adları barədə məlumatın verilməsi” xidmətinə isə 763 müraciət edilib.
 
Aprel ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən e-xidmətlərin siyahısında RYTN-in 11-ci yerdəki “E-İmza - Operator üçün menyu” xidmətinə müraciətlərin sayı 725, 12-ci yerdəki “FİN-ə görə fərdi məlumatların axtarışı” xidmətinə müraciətlərin sayı isə 662 olub. Daxili İşlər Nazirliyinin 13-cü pilləni tutan “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” xidməti üzrə 612 daxilolma qeydə alınıb. Əmlak Məsələləri Dövlət Komitəsinin 15-ci pillədə dayanan “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə 479 müraciət qeydə alınıb.
 
 
RYTN-in “Mobil cihazların qeydiyyatdan keçirilməsi” elektron xidmətinə 1 ayda edilmiş müraciətlərin sayı isə 467 olub. Aprel ayı üzrə elektron xidmətlər siyahısında növbəti pillənin sahibi də Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Nazirliyin “Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat” elektron xidmətinə  bir ayda 376 müraciət olunub. Siyahının 18-ci pilləsində qərarlaşan Vergilər Nazirliyinin “VÖEN-ə görə ödəyicinin axtarılması” elektron xidməti üzrə aprel ayında edilən müraciətlərin sayı isə 374-dür. Təhsil Nazirliyinin portal üzərindən həyata keçirilən “Diplom haqqında məlumatlar” xidməti 369 sayla 19-cu yerdədir. Nəhayət, 331 xidmət arasından aprel ayının elektron xidmətlər sırasına düşə bilən siyahının sonuncusu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətidir ki, bu xidmət üzrə müraciətlərin sayı da 336 olub.
 
 
Qeyd edək ki, “Elektron hökumət” saytında təqdim edilən xidmətlərdən ayda təqribən 50 mindən çox insan istifadə edir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 428 xidmətdən 253-ü portala inteqrasiya edilib. Dövlət saytlarında olan xidmətlərin sayı 459, portalda olan xidmətlərin sayı isə 331-dir.
 
 Qurumlar tərəfindən təqdim olunan xidmətlərə tək bir internet saytı üzərindən daxilolma imkanının təqdim edilməsi “Elektron hökumət” portalının əsas üstünlüyüdür. Həmçinin portal qurumların xidmətləri ilə əlaqədar doğru və aktual məlumatlara çatma imkanı təmin edir. Eyni zamanda “Elektron hökumət” portalında yerləşdirilən bəzi elektron xidmətlər üçün (vergi, rüsum və s.) ödəniş edilməsi, lazım gəldikdə bu əməliyyatların portal üzərindən təhlükəsiz şəkildə aparılmasının mümkünlüyü də istifadəçilərin qazandığı başlıca üstünlüklərdəndir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 445

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024