12px13px15px17px
Tarix:17/05/14

Şirkətlərin 58 faizi hər iki saatda bir virus yükləyir

"Check Point" şirkətinin ekspertləri korporativ kibertəhlükəsizliyin vəziyyəti haqqında illik məruzəni dərc edərək 122 ölkədə min şirkətin korporativ təhlükəsizlik sistemlərinin 200 min saatlıq işini təhlil edib və onların 58 faizinin hər iki saatda minimum bir zərərli proqram yükləməsi qənaətinə gəliblər.
 
Şirkət mütəxəssislərinin qənaətinə görə, kibertəhdidlərin sayı ildən-ilə sürətlə artır. 2012-ci ildə təşkilatların yalnız 14 faizi hər iki saatda bir virus yüklədiyi halda 2013-cü ildə bu göstərici üç dəfə artıb. Araşdırmada iştirak edən şirkətlərin 84 faizində ən azı bir zərərli proqram aşkar olunub. Ekspertlər hesablayıblar ki, 2013-cü ildə şirkətlər hər 10 dəqiqədə bir zərərli proqram yükləyiblər.
 
2013-cü ildə zərərli proqramlar daha təkmil forma alıb və bunun sayəsində əksər təhlükəsizlik sistemlərindən yayına bilib. Belə ki, ötən ilin iyun-dekabrında şirkətlərin 33 faizi naməlum viruslu minimum bir fayl yükləyib. Daha çox (35 faiz) belə viruslara "PDF" formatlı fayllarda rast gəlinib.
 
2013-cü ildə "Bot" xüsusi proqramı əsas təhlükə mənbəyi olaraq qalıb. "Check Point" ekspertləri şirkətlərin 73 faizində "Bot" aşkarlayıblar ki, bu da 2012-ci ilin göstəricisindən 10 faiz çoxdur. Onların çoxu bir ay ərzində nəzərə çarpmayıb və hər üç dəqiqədən bir idarəetmə mərkəzi ilə rabitə əlaqəsi yaradıb.
 
Mütəxəssislərin fikrincə, 2013-cü ildə informasiya təhlükəsizliyinin əsas problemi məlumatların oğurlanması olub. Qeyd olunan müddət ərzində şirkətlərin 88 faizi ən azı bir dəfə məlumat itkisinə məruz qalıb ki, bu da 2012-ci ildəkindən 34 faiz yüksəkdir. Maliyyə şirkətlərinin 33 faizi müştərilərin kredit kartları haqqında məlumatları korporativ şəbəkədən kənar göndəriblər. Səhiyyə təşkilatlarının 25 faizi də tibbi məlumatları bu şəkildə göndərib.
 
Ekspertlərin xəbərdarlıqlarına baxmayaraq əksər şirkətlər hələ də yüksək riskli yoluxma texnologiyalarından (məsələn, 2012-ci illə müqayisədə istifadəsi 61 faizdən 75 faizədək artan torrent, anonimayzer və P2P servisləri) istifadə edir. Hazırda proksi-serverlərdən şirkətlərin təxminən 56 faizi yararlanır, - "CNews" www.cnews.ru" yazır.




Baxış sayı: 1407

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024