12px13px15px17px
Tarix:17/05/14

ABŞ hökuməti iritutumlu məlumatlardan narahat olmamağa çağırır

ABŞ hökuməti vətəndaşları iritutumlu məlumatlar texnologiyasının inkişafından narahat olmamağa, lakin onların bəzi aspektlərinə diqqətlə yanaşmağa çağırır. Hökumət ekspertləri bu mövzuya həsr olunan hesabat hazırlayıblar. Bununla bağlı iş üç ay ərzində aparılıb və ekspertlərin əsas vəzifəsi iritutumlu məlumatların üstünlük və çatışmazlıqlarını, eləcə də bu texnologiyanın vətəndaşların məxfiliyi üçün nə dərəcədə təhlükə törətməsini müəyyənləşdirmək olub.
 
ABŞ hökuməti maliyyə informasiyası ilə işi ciddi şəkildə nizamlasa da, məlumatların toplanılması üzrə digər əksər sahələr hələ də qanunvericilik tərəfindən lazımi səviyyədə tənzimlənmir. İstifadəçilər haqqında məlumatlar fasiləsiz olaraq çoxsaylı vev-sayt, əlavə, servis və internet mağazaları tərəfindən toplanır. Öz növbəsində hökumət də iritutumlu məlumatların toplanması və təhlili texnologiyasından (məsələn, tibb sahəsində) istifadə edir. Bununla belə, məlumat sahiblərinin şəxsi həyatına müdaxiləni məhdudlaşdıracaq qaydalar hələ ki tam müəyyən olunmayıb.
 
Hesabat hazırlanan zaman Ağ Ev ekspertləri 24 min istifadəçiyə məlumatların toplanılmasına dair hansı aspektlərin onları narahat etməsi ilə bağlı sualla müraciət ediblər. Sorğudan məlum olub ki, istifadəçiləri daha çox məlumatlardan istifadənin şəffaflığı və bu sahədəki qanunvericilik standartları narahat edir.  
Hesabat müəllifləri iritutumlu məlumatların toplanılmasını və təhlilini məhdudlaşdıracaq bir sıra baza prinsipləri təqdim ediblər. Onların fikrincə, məlumatların toplanılması və təhlili istifadəçi məlumatları üçün təhlükə törətmir, lakin istifadəçilər daima məlumatların hansı məqsədlərlə toplanılması və istifadəsi barədə məlumatlandırılmalıdırlar.
 
Ağ Ev onların icazəsi olmadan milyonlarla istifadəçi haqqında informasiya toplayan özəl broker şirkətlərinin fəaliyyəti ilə bağlı xüsusi narahatlığını bildirib. Bu şirkətlər informasiyanı sosial şəbəkələr, onlayn-reklam, alış-veriş tarixi və internetdəki digər mənbələrdən toplayır. Onlar tərəfindən toplanan məlumatlar bəzən məxfi olur, istifadəçilərə isə onların necə istifadə ediləcəyi barədə lazımi qaydada məlumat verilmir, - "CNews” www.cnews.ru” yazır.




Baxış sayı: 506

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Sentyabr 2018

23 09 2018