12px13px15px17px
Tarix:19/05/14

Avropada korporativ proqram təminatına artıq vəsaitlər xərclənir

"Sage” şirkəti tərəfindən Avropa şirkətlərinin 600 İT rəhbəri arasında aparılan sorğunun nəticələrindən məlum olub ki, Avropada korporativ proqram təminatının alışına və dəstəklənməsinə sərf edilən artıq xərclər ildə 9,6 milyard avro təşkil edir.  

Sorğuda iştirak edən şirkət əməkdaşlarının 88 faizi hesab edir ki, onların çalışdıqları şirkətlər korporativ proqram təminatına yatırılan investisiyaların nəticələrindən layiqincə yararlana bilmir. Ümumilikdə rəyi soruşulanların 36 faizi güman edir ki, biznes üçün bütün alınan proqramların imkanlarına ehtiyac yoxdur, 25 faiz isə istifadəçilərin kifayət qədər təlimatlandırılmamasını qeyd edib.

Almaniyada sorğu iştirakçılarının 25 faizi itki mənbəyi kimi müxtəlif proqram funksiyalarının təkrarlanmasını, Böyük Britaniyada respondentlərin 26 faiz istifadəçilər tərəfindən tələbatın olmamasını vurğulayıb.  
“Sage” mütəxəssislərinin fikrincə, ideal sistem yaratmaq arzusu və istifadəçilərin ehtiyaclarına diqqətin göstərilməməsi artıq xərclərə səbəb olur, - “Computerworld www.osp.ru” yazır.
 
 



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024