12px13px15px17px
Tarix:20/05/14

“Google” şirkəti “Divide” startapını alır

“Google” şirkəti, mobil qurğuların idarəedilməsi üçün həllərin hazırlanması  sahəsində ixtisaslaşan “Divide” startapını alır.
 
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu əməliyyat “Android” yaradıcısına dünya üzrə biznesin tələblərinə cavab verməyə imkan yaradacaq. Startapın qiyməti bildirilmir.

“Divide” startapı “Morgan Stanley” şirkətində işləyən mütəxəssislər qrupu tərəfindən yaradılıb. Şirkətdə bildiriblər ki, onların həlləri korporativ istifadəçilərə artan mobil qurğular parkını idarə etməyə kömək edir.
 
“Divide” məhsulları şirkətlərə və istifadəçilərə müxtəlif mobil həlləri biznesdə istifadə etməyə imkan verirlər, lakin bu arada məlumatlara nəzarətə və təhlükəsizliyə ziyan vurmurlar.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024