12px13px15px17px
Tarix:21/05/14

“Twitter”in Azərbaycan seqmentində bank-maliyyə sistemi araşdırılıb

"Twitter" sosial şəbəkəsinin Azərbaycan seqmentinin araşdırılması, habelə gündəlik trendlərin, aktiv istifadəçilərin və sair məlumatların müəyyənləşdirilməsi ilə məşğul olan yeganə Azərbaycan resursu -  "www.aztwi.com" saytı qapalı statistikası əsasında ölkəmizin bank-maliyyə sisteminə həsr olunmuş kiçik araşdırmanı təqdim edib.
 
Sözügedən resursun məxsus olduğu "Hajizade Group" şirkətindən verilən məlumata görə, araşdırma 2013-14-cü illəri əhatə edir.
 
Bu vaxt ərzində ümumilikdə maliyyə və bank mövzusunda 6 minə yaxın istifadəçi toplam 17500-dən artıq tvit yazıb.
 
Belə ki, bank  üzrə 7462 tvit – 1714 istifadəçi, maliyyə üzrə 4330 tvit – 1358 istifadəçi, borc  üzrə 2862 tvit – 1261 istifadəçi, kredit  üzrə 1905 tvit – 709 istifadəçi, əmanət  üzrə 961 tvit – 502 istifadəçi qeydə alınıb.
 
Qeyd edək ki, "Twitter"də yalnız bir neçə yerli bank müəyyən aktivlik göstərir. Banklar bunu burada digər sosial şəbəkələrə nisbətən daha az insanın olması ilə izah edir. Lakin araşdırmalar göstərir ki, "Twitter" auditoriyası kəmiyyət baxımından az olsa da, keyfiyyət baxımından çox üstündür.

CAHANGİR
 



Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024