12px13px15px17px
Tarix:21/05/14

“Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf” mövzusunda üçüncü Beynəlxalq elmi konfrans keçiriləcək

Mayın 22-dən 24-dək Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf” mövzusunda üçüncü Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın əsas məqsədi müasir tələblərə cavab verən təhsil sisteminin formalaşması və inkişafı, yeni təlim texnologiyaları və informasiya vasitələrindən professional səviyyədə istifadə yolları və prinsiplərinin müəyyənləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, kadr təminatı (yeni ixtisaslar üzrə kadrların hazırlanması, ixtisasartırma) məsələlərinə dair dialoqların və təcrübə mübadiləsinin aparılmasıdır.
 
İnstitutdan qeyd edilib ki, tədbirdə müəllim hazırlığı ilə bağlı yeni layihələr və innovativ xarakterli məqalələr təqdim etmiş tədqiqatçılar, müəllimlər və təhsil sistemi ilə yaxından maraqlanan yerli və xarici mütəxəssislər iştirak edəcəklər. Konfransın əsas müzakirə istiqamətlərinə “Təhsilin inkişafına dair dövlət strategiyası və müəllim hazırlığının aktual problemləri”, “Müəllim hazırlığında psixoloji aspektlər və inklüziv təhsil”, “Təhsil və tərbiyə sistemlərinin səmərəli təşkili yolları”, “Müəllim hazırlığında innovasiyalar.
 
Müasir təlim texnologiyalarından istifadə”, “Müəllim hazırlığının müxtəlif pillələrinin özünəməxsusluğu və qarşılıqlı əlaqəsi” mövzuları daxildir. AMİ-dən qeyd edilib ki, müsbət rəy almış mühazirələr konfransın proqramına daxil edilib və  konfrans materialları kitab şəklində çap olunub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 568

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Avqust 2020

13 08 2020

13/08/20
Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean 

13/08/20
Dünyada milyonlarla istifadəçi Çinin casus proqramlarını quraşdırıb

Mütəxəssislərin araşdırmasına görə, dünyada milyonlarla istifadəçi “QuVideo Inc.” şirkətinin 

13/08/20
Cənubi Koreyada “5G” şəbəkələrinin sürəti ölçülüb

Cənubi Koreyanın paytaxtı Seulda və ölkənin digər altı böyük şəhərində beşinci nəsil mobil rabitə 

13/08/20
“Twitter”də yeni funksiya istifadəyə verilib

“Twitter” mikrobloqlar xidməti istifadəçilərə onların yazılarına cavab verə bilən şəxslərin dairəsini

13/08/20
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

Bu gün Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 24 il keçir

13/08/20
“Honor Hunter” oyun noutbukları hazırlanır

Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinə məxsus “Honor” markası yeni seriyalı portativ kompüterlərin haz

13/08/20
Maliyyə təşkilatlarının pandemiyaya görə İT xərcləri 5 faiz azalacaq

“Gartner” analitik şirkəti 2020-ci ildə maliyyə sektorunda qlobal informasiya texnologiyaları (İT) xərclərinin koronavirus pandemiyasına&n

13/08/20
“iPhone 12” smartfonunun gücü açıqlanıb

Yeni “Apple” smartfonunun gücü kompüterin məhsuldarlığına bərabər olacaq

13/08/20
Dünyanın ən bahalı brendləri məlum olub

“Kantar” analitik agentliyi dünyada ən bahalı brendlərin yenilənmiş illik reytinqini