12px13px15px17px
Tarix:21/05/14

“Adobe” sensor daxiletmə üçün optimallaşdırılmış “Photoshop CC” versiyasını nümayiş etdirib

“Microsoft Surface Pro 3” planşetinin elanına həsr edilmiş tədbirdə “Adobe” şirkəti “Photoshop CC” proqramının yeni versiyasını nümayiş etdirib.
 
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, bu versiyanın əsas xüsusiyyəti sensor ekranlı qurğularda istifadə üçün  optimallaşdırılmasıdır. Artıq interfeysdəki ikonkaların ölçüsü 200%-dək böyüdülüb.
 
 Bu, yüksək təsvir ölçülü ekranlı qurğularda işlədikdə kömək edəcək. Bundan başqa, istifadəçi jestlərin köməyi ilə təsvirin miqyasını böyüdə, təsviri və obyektləri fırlada bilər.
 
Emil Hüseynov
 



Baxış sayı: 537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024