12px13px15px17px
Tarix:20/08/11

Top-menecerlər “Apple” şirkətini tərk edirlər

“Apple” şirkətini növbəti dəfə yüksəkvəzifəli top-menecer tərk edib. O, mobil reklam üzrə vitse-prezident və “iAd” reklam platformasının rəhbəri Endi Millerdir.

“Apple” şirkətinin mobil reklam üzrə vitse-prezidenti Endi Miller Boston şəhərindəki “Highland Capital” elmi-tədqiqat firmasına əsas partnyor kimi qoşulmaq üçün tezliklə şirkətdəki postunu tərk etməyi planlaşdırır.

Miller “Apple” şirkətinə 2010-cu ildə gəlib. “Apple” 275 milyon dollara 2006-cı ildə Millerin yaratdığı “Quattro” reklam xidmətini əldə edib.

Sazişə əsasən, “Quattro” və “Apple” xidmətlərinin ayrı olacağı nəzərdə tutulmuşdu, lakin avqust ayında “Quattro” bağlanmış və “Kupertino” elektronika istehsalçısı onun əvəzinə şəxsi reklam platformasını – “iAd”-i istifadəyə verib.

Endi Miller “Apple” şirkətində işə başladıqdan sonra “iAd” reklam platformasına rəhbərlik edib və birbaşa Stiv Cobsa hesabat verib. “iAd” platforması şirkətlərə müxtəlif formatlı interaktiv reklamları “iPhone” və “iPad” üçün proqramlar daxilində göstərməyi təklif edir.

Analitiklər qeyd ediblər ki, Miller “iAd” platformasının məşhur reklam xidməti olmasına kömək etməli idi, lakin o, bunu bacarmadı. Elan verənlərin əksəriyyəti mobil reklam seqmentində “Google” və “Facebook” şirkətləri ilə əməkdaşlıq etməyə üstünlük verirlər.

Onlar “Apple” şirkətində reklam qiymətlərinin yüksək, həmçinin reklam məzmununa sərt nəzarət olduğunu bildiriblər. Millerin gedişi ilə “Apple” şirkəti son 2 ildə bir neçə top-menecerini itirmiş olub.



Baxış sayı: 1833

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024