12px13px15px17px
Tarix:22/05/14

Rusiya internet infrastrukturunun genişləndirilməsini sürətləndirən “bulud” data mərkəzləri yaradır

“Deutsche Telekom”un törəmə şirkəti olan “T-Systems” Rusiyada  “VMware vCloud”  üzərində virtual data mərkəzləri (vCloud Datacenter Services) istifadəyə verir.
 
Bu həll, müştərinin ona ayrılan infrastrukturu müəyyən sərhədlərdə “VMware” və ya “API” özünəxidmət portalları vasitəsi ilə çevik idarəetməyə imkan verən virtual hesablama mərkəzlərindən (vDC) ibarətdir.
 
“VMware” şirkəti ilə strateji tərəfdaşlıq sayəsində sifarişçinin şəxsi infrastrukturu asanlıqla  “Т-Systems”in data mərkəzləri ilə birləşə bilər. Bu arada məlumatlar etibarlı təhlükəsiz ayrılmış qoşulma vasitəsi ilə ötürülür, “T-Systems”in Rusiyada yerləşdiyi  MPLS qovşaqları isə məlumatı sifarişçinin “qapısınadək” çatdırmağa imkan verəcək və standart internet qoşulmadan fərqli olaraq istifadəçi qırılma və məlumat itkisi riskindən azad olur.
 
“T-Systems”in virtual data mərkəzi infrastrukturun təcili genişləndirilməsini  və ya əlavələrin virtual “bulud”a keçirilməsini tələb edən situasiyalarda ən yaxşı çıxış yoludur. Təqdim edilən texnologiya rabitə avadanlığı köçürülən zaman müvəqqəti həll kimi istifadə edilə bilər və sonra məlumatlar operativ qaytarıla bilər.
 
Bundan başqa virtual məlumat emalı mərkəzini qəza bərpası üçün şəbəkənin qırıldığı halda ehtiyat mərkəz kimi istifadə etmək olar. Belə halda, “T-Systems”in təqdim etdiyi ayrıca platforma biznes üçün kritik olan məlumatların 99,9%-nə çıxışa zəmanət verir.
 
Aynur Vəliyeva



Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024