12px13px15px17px
Tarix:22/05/14

“Horizon-2020” proqramı çərçivəsində treninq keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Lənkəran Dövlət Universitetində Avropa Birliyi Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı “Horizon-2020” çərçivəsində treninq keçirib.
 
AMEA-dan verilən məlumata görə, treninqdə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin (BƏİ) Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəis müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov, BƏİ-nin baş mütəxəssisi Zibaxanım Cəfərova və AMEA İdarəetmə Sistemləri İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tofiq Babayev iştirak edib. İştirakçılar proqramın mahiyyəti, icra prinsipləri və əhatə dairəsi haqqında universitetin kollektivinə ətraflı məlumat veriblər.
 
Bildirilib ki, Avropa Birliyi Komissiyası cari ildən fəaliyyət göstərən “Horizon – 2020” proqramı vasitəsilə 2014-2020-ci illərdə elmin inkişafının daha yüksək səviyyəyə çatdırılması, innovasiya və elmi tədqiqatların sənayedə tətbiqi, sağlam həyat və qida təhlükəsizliyi, ətraf mühitin qorunması, enerji, eləcə də digər təbii ehtiyatların səmərəli istifadəsinə yönəlmiş tədqiqatların maliyyələşdirilməsini nəzərdə tutur.
 
Hazırda AMEA-nın institut və təşkilatlarının bu ümumavropa layihəsində iştirak etməkdə maraqlı olduqları vurğulanıb.
 
Qeyd edək ki, layihədə 60 min alimin iştirakı nəzərdə tutulub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024