12px13px15px17px
Tarix:22/05/14

2020-ci ilədək “LTE” xidmətlər bazarının həcmi 1 trilyon dollara çatacaq

“Allied Market Research” tədqiqat təşkilatının proqnozlarına görə, 2020-ci ilədək “LTE” şəbəkə xidmətləri bazarının həcmi 1 trilyon dollara çatacaq. Ekspertlər qeyd edirlər ki, daha çox artım potensialına altı ildən sonra “LTE”-dən əldə edilən mədaxilin 40 faizinə sahib çıxacaq Asiya-Sakit okean regionu malikdir.  

Hazırda gəlirlərin 50 faizi Şimali Amerikanın payına düşür. Sakit okean və çoxsaylı ada dövlətlərinin perimetri üzrə yerləşən ölkələrin “LTE” bazarından hasil olunan gəlirlər 2,8 milyard dollar qiymətləndirilir. 2020-ci ilədək bu göstəricinin istehlakçı üstünlüklərinin dəyişməsi və yüksəksürətli genişzolaqlı mobil rabitə xidmətlərinə tələbatın artması sayəsində təxminən 140 dəfə artaraq 390 milyard dollara çatacağı gözlənilir.

Hesabatda vurğulanır ki, telekommunikasiya şirkətlərinin əksəriyyəti bu regionda artıq “LTE” standartlı çoxlu mobil radiotelefoniya rabitəsi baza stansiyalarının tikintisini planlaşdırıb.

Analitiklər hesab edirlər ki, “LTE” xidmətlər bazarının ən sürətli inkişaf edən seqmenti təhlükəsizlik və müdafiə sahələri olacaq. Məhz bu səbəbdən əksər ölkələrdə “LTE” şəbəkəsinin tezlikləri hərbçilər tərəfindən istifadə edilir.  

Ümumdünya Mobil Rabitə Avadanlığı İstehsalçıları Assosiasiyasının (GSA) məlumatına görə, 2013-cü ildə dünyada mobil rabitə abunəçilərinin sayı 6,25 faiz artaraq 6,78 milyard nəfər təşkil edib. Ötən ilin sonunda “LTE” abunəçi bazasının sayı 200 milyon nəfəri ötüb. Abunəçilərin yarısı Şimali Amerika, 39 faizi Asiya Sakit okean regionu, 8,2 faizi Avropada yaşayır, - "DailyComm www.dailycomm.ru” yazır.  





Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024