12px13px15px17px
Tarix:23/05/14

“Hewlett-Packard” şirkəti 100 dollarlıq planşetini nümayiş etdirib

"Hewlett-Packard" (HP) şirkəti 100 dollarlıq "HP 7 Plus" planşet kompüterini nümayiş etdirib. Qurğu 7 düymlük ekranla təchiz edilib və "Android 4.2 Jelly Bean" əməliyyat sistemi ilə quraşdırılıb. Cihaz haqqında informasiya şirkətin saytında yerləşdirilib.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, planşet 1 QHs takt tezlikli dördnüvəli prosessor, 8 QB daxili yaddaşla (microSD kartı hesabına 32 QB-dək artırmaq mümkündür),   2 meqapiksellik əsas və 0,3 meqapiksellik ön kameralarla təchiz edilib. Ekranın təsvir ölçüsü 1024x600 nöqtə təşkil edir.
 
Ucuz planşetin ölçüsü 192 x 122 x 8 mm-dir, çəkisi 300 qm-dır. İstehsalçı iddia edir ki, qurğu 5 saat yarım avtonom rejimdə işləyə bilir.
 
Emil Hüseynov



Baxış sayı: 521

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024