12px13px15px17px
Tarix:23/05/14

“Azərpoçt” Azərbaycan “Qida Sənayesi” sərgisinin iştirakçılarına poçt-maliyyə xidmətləri göstərir

“Azərpoçt” MMC Bakı Ekspo Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan “Qida Sənayesi”nin 20-ci yubiley sərgisində iştirak edir. “Azərpoçt”dan verilən məlumata görə, MMC sərgi iştirakçılarına səyyar poçt-maliyyə xidmətləri göstərir.
 
Qeyd edək ki, sözügedən  sərgi 20 ildir qida sənayesinin peşəkarlığı, eləcə də ərzaq məhsulları, içkilər və istehlak malları istehsal, ixrac və idxal edən şirkətlər üçün ideal meydan kimi fəaliyyət göstərir. Sərgidə 242-dən çox şirkət öz məhsullarını nümayiş etdirir. Bu il ilk dəfə olaraq dünyanın 36 ölkəsindən nümayəndələr iştirak edir ki, bunların da arasında MDB və Avropa ölkələrindən olan şirkətlər çoxluq təşkil edir.
 
CAHANGİR



Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024