12px13px15px17px
Tarix:23/05/14

“Google” şirkəti “3D” vizuallaşdırma imkanına malik 7 düymlük planşetini hazırlayır

“The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır ki, “Google” korporasiyası üçölçülü vizuallaşdırma imkanına malik “Project Tango” planşetini hazırlayır.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, məlumata əsasən, “Google” şirkəti növbəti ay təxminən 4 min bu cür planşet istehsal edəcək.
 
“WSJ”-nin məlumatına görə, “Google” şirkətinin yeni qurğusunda ekranın təsvir ölçüsü 7 düymdür, qurğunun arxa panelində iki kamera quraşdırılacaq və infraqırmızı ötürücülərlə təchiz ediləcək. Nəticədə istifadəçinin hərəkətləri və ətrafda baş verən bütün hadisələr izlənəcək.
 
Qurğu “Advanced Technology and Projects” elmi tədqiqat işi çərçivəsində hazırlanır.
 
Emil Hüseynov
 



Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024