12px13px15px17px
Tarix:23/05/14

Azərbaycanda geoməkan məlumatları pilotsuz təyyarə vasitəsilə toplana bilər

Hazırda bütün dünyada  geoməkan texnologiyaları sürətlə inkişaf edən sahələrdən biri hesab olunur. Bu gün istifadə edilən informasiyanın 80%-i məkana bağlı olan məlumatlardır. Ona görə də, ümumiyyətlə, informasiya texnologiyaları sahəsində işləyən insanlar indiyə kimi istifadə olunan sistemlərdə məkana bağlı hissənin analizi, saxlanılması, ötürülməsi və s. belə məsələlərə xüsusi önəm verməyiblər. İndi istənilən smartfon, planşet kompüter ələ götürülərkən birinci verilən sual bu olur ki, sizin məkan məlumatlarınızdan istifadə etmək olarmı? Bu baxımdan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) hesab edirlər ki, sözügedən məsələlər böyük aktuallıq təşkil edir.
 
Komitənin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycanda geoməkan məlumatlarının toplanılması üçün xüsusi pilotsuz təyyarələrdən istifadə olunması nəzərdə tutulur. Bununla bağlı İsveçrənin Cenevrə şəhərində Dünya Geoməkan Forumu çərçivəsində DTXK müvafiq şirkətlərlə danışıqlar aparıb.
 
 
 Qeyd edək ki, “Geospatial Media and Communication”ın təşkilatçılıq etdiyi forum çərçivəsində geoməkan texnologiyaları sahəsində ixtisaslaşan şirkətlər il ərzində istehsal etdikləri məhsul və texnologiyaları təqdim edir, o cümlədən öz patentlərini digər şirkətlərlə bölüşürlər.
 
 
Hazırda geoməkan məlumatlarının toplanması ilə bağlı yeni texnologiyalar mövcuddur. Bununla bağlı da danışıqlar aparılıb və texnoloji razılaşdırmalar gedir. DTXK bildirir ki, bu günə kimi çəkilişlər, fotoplanların hazırlanması və digər məsələlər üçün Yerin zondlanma peyklərindən alınıb:
 
“Müasir texnologiyalar belədir ki, kiçik pilotsuz təyyarələr vasitəsilə lokal çəkilişlər aparılır. Bundan sonra xüsusi proqram təminatı onu lazım olan formata gətirir və onun üzərində artıq iş görmək, hər cür elektron xəritələr yaratmaq mümkündür. Bunlardan əldə etmək və istifadə etmək gündəmdə olan məsələlərdən biridir”.
 
 
Seymur



Baxış sayı: 376

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2019

23 10 2019

23/10/19
2022-ci ildə smartfon satışının 60%-i “5G”-qurğuların payına düşəcək

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin in

23/10/19
Sənaye müəssisələrinin 50%-dən çoxu hələ də köhnə sistemlərin idarəetməsi altında işləyir

Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməli

23/10/19
“Amazon” şirkəti insanların Aya göndərilməsinə kömək edəcək

“Amazon” şirkətinin rəhbəri və “Blue Origin” özəl aerokosmik müəssisəsinin təsisçisi Ceff Bezos ABŞ Kos

23/10/19
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüks

23/10/19
BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa

23/10/19
“Microsoft” ən yaxşı mobil əməliyyat sisteminin adını açıqlayıb

“Microsoft”un top-meneceri bildirib ki, “Android” platforması smartfonlar, həmçinin şirkət tərəfindən təq

23/10/19
“Zipline” dronları təlimlər zamanı döyüş meydanına dərmanlar çatdırıb

ABŞ-ın “Zipline” şirkətinin pilotsuz uçan aparatları təlimlər zamanı döyüş meydanına 

23/10/19
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik