12px13px15px17px
Tarix:24/05/14

“Microsoft” şirkəti Azərbaycanda riteyl tərəfdaşları şəbəkəsini genişləndirmək niyyətindədir

 “Microsoft” şirkəti Azərbaycan bazarında öz iştirakını daha da genişləndirmək niyyətindədir.

 
“Microsoft” Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepinin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, şirkət yeni riteyl strategiyasına uyğun olaraq bütün işlədiyi ölkələrdə olduğu kimi Azərbaycanda da artıq ilk addımlar atıb.
 
“Gələcəkdə işlədiyimiz ölkələrdə öz iştirakımızı genişləndirmək niyyətindəyik. Azərbaycan bazarında yeni riteyl srategiyamıza uyğun olaraq ilk addımlarımızı atmışıq və bunun nəticəsində bazar payımız son bir il ərzində üç dəfə artıb. Azərbaycana gəldikdə deməliyəm ki,  bizim yerli bazar üçün planlarımız yerli riteylerlərlə qarşılıqlı əməkdaşlıq qurmaq, tərtibatçılar birliyi yaratmaqdır. Bunun əsas səbəbi şirkətin burada rəqabətə dayanıqlığını təmin etməkdir”,- deyə o bildirib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024