12px13px15px17px
Tarix:26/05/14

Azərbaycan təhsil sistemində informasiya texnologiyalarının bilik standartını təşkil və tətbiq etmək məqsədilə Rumıniyada müqavilə imzalanıb

Rumıniyanın Buxarest şəhərində “ECDL 2014” forumu keçirilib. “Tempus” ENOTES Milli ECDL Operator və Test Mərkəzləri layihəsi çərçivəsində Rumıniyada təşkil edilmiş “ECDL 2014” forumunda Qafqaz Universitetinin layihə ofisinin rəhbəri Üzeyir Bağırov iştirak edib.
 
Forumun təşkilində məqsəd Avropada Kompüter Bacarıqları Standartı perspektivləri, imkanlar və maneələr mövzusunu müzakirə etmək olub. Universitetdən bildirilib ki, “ECDL Foundation”-la Qafqaz Universiteti arasında ortaq əməkdaşlıq müqaviləsi imzalanıb:
 
 “Məqsəd Azərbaycan təhsil sistemində informasiya texnologiyalarının bilik standartını təşkil və tətbiq etməkdir. Bu prosesdə Qafqaz Universiteti beynəlxalq təcrübəyə əsaslanaraq, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşmasına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın həyata keçirilməsində böyük rol oynayacaq. Forumda Rumıniyanın təhsil naziri cənab Remus Pricopie öz çıxışında kompüter bacarıqlarının təhsil sistemində rolundan söz edərkən, informasiya texnologiyalarına inteqrasiya edilmiş təhsil sisteminin ortaya çıxan maneələrin daha qısa zamanda həllinə gətirib çıxaracağına inandığı üçün ölkənin təhsil strategiyasını informasiya texnologiyalarına inteqrasiya edilmiş təhsil sistemi sahəsində inkişaf etdirməyi hədəflədiklərini vurğulayıb”.
 
 
Panel  çıxışları zamanı ECDL Kenya, ECDL İsveçrə, ECDL Cənubi Koreya və ECDL Malta öz təcrübələri ilə forum iştirakçılarını məlumatlandırıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024