12px13px15px17px
Tarix:26/05/14

Rabitəçi idmançılar beynəlxalq boks turnirlərində medallar qazanıb

"Rabitə" idman klubunun boksçuları növbəti uğurlara imza atıblar. Klubdan verilən məlumata görə, mayın 10-dan 14-dək Bakı şəhərində təşkil olunan ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında "Prezident Kuboku" beynəlxalq boks turnirində respublika yığmasının tərkibində "Rabitə" idman klubunun idmançıları da iştirak ediblər.

Ümumilikdə 12 komanda (Rusiya, Fransa, Qazaxıstan, Macarıstan və s.) və 150 boksçunun iştirakı ilə baş tutan turnirdə klubun boksçuları uğurla çıxış edərək 3 qızıl, 1 gümüş, 3 bürünc olmaqla ümumilikdə 7 medal əldə ediblər. Belə ki, boks turnirində Elton Məmmədov 52 kq, Pərviz Quliyev 63 kq, Şamil Səfərəliyev +80 kq çəki dərəcələrində I yerə çıxaraq qızıl medala, Özcan Kərimov 66 kq çəki dərəsində II yerə çıxaraq gümüş medala sahib olub.
 
Turnirdə III yer üzrə isə Mahir Mahmudov 57 kq, Hacı Dilbazov 70 kq, Məhəmməd Abdullayev +80 kq çəki dərəcələrində müvəffəqiyyətlə çıxış edərək bürünc medal qazanıblar.
 
Bundan əlavə, klubun idmançıları mayın 13-dən 17-dək Qazaxıstanın Pavlodar şəhərində S.Kanaqbayevin şərəfinə böyüklər arasında keçirilmiş beynəlxalq boks turnirində iştirak ediblər. Turnirdə respublika yığmasının tərkibində +91 kq çəki dərəcəsində Kamran Mehdiyev I yer tutaraq qızıl medala layiq görülüb.
 
CAHANGİR
 



Baxış sayı: 891

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024