12px13px15px17px
Tarix:26/05/14

Azərbaycanda “Malware Report” antivirus proqramının bənzəri yaradılır

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) internet istifadəçiləri üçün antivirus proqramı bənzərində yeni bir sistem istifadəyə vermək niyyətindədir.
 
KİMM-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda mərkəz tərəfindən “www.cert.gov.az” internet istifadəçiləri üçün “Malware Report” proqramı hazırlanır.
 
İstifadəçilər “Malware Report” proqram təminatını kompüterlərində quraşdıraraq təhlükəli və ya şübhəli bildikləri faylları bu proqram təminatı vasitəsilə KİMM-ə göndərəcək. KİMM "Malware Lab” isə öz növbəsində göndərilən faylları laboratoriya şəraitində analiz edərək fayl haqqında rəyini istifadəçilərə göndərəcək.
 
Proqram təminatının digər üstünlüyü “cert.gov.az” saytında yayımlanan boşluqlar, xəbərdarlıqlar haqqında proqram təminatının xüsusi bölməsində istifadəçilərin məlumatlandırılması olacaq.
 
Proqram təminatının əsas məqsədi istifadəçilərin şübhəli bildikləri faylların analizi ilə Azərbaycana yönələn məqsədli və ya məqsədsiz yoluxmaların trendini, “malware” hədəflərini, o cümlədən “malware” qoşulmalarını və “root” istifadəçiləri müəyyən edərək onlara qarşı qoruyucu və qabaqlayıcı tədbirlər görmək və mümkün təhlükələr barədə istifadəçiləri məlumatlandırmaq olacaq.
 
KİMM “Malware Report” proqramının istifadəyə verilməsi layihənin digər bir hissəsi olan “Sandbox” istifadəsinin genişləndirilməsi və hazırda ilkin mərhələdə fəaliyyət göstərən “Honeypot” layihəsinin çeşidləndirilməsinə də təkan verəcək.
 
“cert.gov.az” bu proqramın yalnız dövlət qurumları üçün deyil, bütün yerli internet istifadəçiləri üçün açıq ola biləcəyini bildirir. Proqram təminatının gələcəkdə antivirus kimi fəaliyyət göstərməsinin proqramın gələcək versiyalarında nəzərdə tutulması da istisna deyil.
 
Aynur Vəliyeva



Baxış sayı: 830

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 İyul 2020

08/07/20
“Motorola G 5G Plus” smartfonu rəsmən təqdim edilib

Beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən orta sinifli “Motorola G 5G Plus” smartfonu rəsmən

08/07/20
“Samsung” şirkəti smartfonlar üçün yığcam sterilizator təqdim edəcək

Cənubi Koreyanın “Samsung” şirkəti smartfonlar üçün sterilizasiya etmək funksiyasına malik simsiz enerjid

08/07/20
“Samsung Galaxy Unpacked 2020” tədbiri nə vaxt keçiriləcək?

“Samsung” şirkəti növbəti “Galaxy Unpacked” təqdimatı üçün rəsmi dəvətnaməni dərc edib. İlk dəfə t

08/07/20
Yeni “LG” səs paneli “GX Gallery” televizorları üçün yaradılıb

“LG Electronics” (LG) şirkəti “GX Soundbar” adlı yeni səs panelini təqdim edib.

08/07/20
“Lenovo ThinkVision M14t” monitoru sensorlu idarəetməni dəstəkləyir

“Lenovo” şirkəti portativ kompüterlərlə birlikdə istifadə üçün nəzərdə tutulan “ThinkVision M14t”

07 07 2020

07/07/20
Keyfiyyət itkisi olmadan video faylların tutumunu 2 dəfə azaldan üsul təqdim edilib

Bundan əvvəl MPEG-3 (.mp3) audiosəs sıxma alqoritmini, həmçinin bu gün geniş istifadə edilən H.264 (AVC)

07/07/20
5000 milliamper/saat tutumlu akkumulyator və kvadrokamera ilə təchiz edilmiş “Poco M2 Pro” smartfonu təqdim edilib

“Poco” brendi “M2 Pro” adlı modelini təqdim etməklə öz smartfon xəttini genişləndirib.

07/07/20
“AzInTelecom” Azərbaycanda ilk dəfə keçirilən “Aquahack” virtual hakatonuna dəstək verdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hackhathon Azerbaij

07/07/20
ABŞ-da “TikTok” proqramının işi qadağan edilə bilər

ABŞ-ın dövlət katibi Mayk Pompeo ABŞ-da Çinin “TikTok” mobil tətbiqinin işini qadağan etmək imkanının nəz

07/07/20
Ən əlverişli smartfon bəlli olub

“SellCell” telefonların satışı üzrə təşkilatın hesabatına əsasən, “Apple” şirkətinin qurğuları satınalma

07/07/20
“Raspberry Pi 4” mikrokompüteri üçün “Akasa Gem Pro” korpusu buraxılıb

“Akasa” şirkəti “Raspberry Pi 4 Model B” mikrokompüteri üçün “Gem Pro” adlı korpus təq

07/07/20
“Samsung Galaxy Note 20” smartfonunun qiyməti açıqlanıb

Cənubi Koreyanın “Samsung” istehsalçısının yeni “Galaxy Note 20” smartfonu onun qurğular seriyası tarixin

07/07/20
“5G” dəstəkli “LG” smartfonları buraxılacaq

“LG” şirkəti mayda “Q” seriyası çərçivəsində buraxılacaq 13 smartfonun adını dərc edib. Bu dəfə isə onlar<

07/07/20
“COVID-19” xəstələrini izləyən sistem yaradılıb

Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi geolokasiya və mobil rabitə opera