12px13px15px17px
Tarix:26/05/14

Dünyada planşetlərin tədarükü ilk dəfə azalıb

2014-cü ilin birinci rübündə dünya bazarında planşet kompüterlərin tədarük həcmi ilk dəfə aşağı düşüb. Azalma ilin ilə nisbətində 4,6 faiz – 56,3 milyon ədədədək təşkil edib. 2013-cü ilin analoji dövründə bazarın həcmi 59 milyon qurğu olub. Bu barədə “DisplaySearch” analitik şirkətinin hesabatında deyilir.

 

Hər ilin əvvəlində elektronikaya tələbat mövsümi faktorla (alıcıların Yeni il ərəfəsində çox alış-veriş etməsinə görə) əlaqədar adətən azalır. Lakin əvvəlki analoji rüblərdə analitiklər planşetlər bazarında mütəmadi artım qeydə alıblar.

 

"DisplaySearch” analitiklərinin sözlərinə görə, azalma ekranı 5,5 düym olan böyükekranlı smartfonlar tərəfindən rəqabətin artması ilə əlaqədardır.  

 

“Planşet fərdi kompüterlərin böyük ekran diaqonalına malik smartfonlarla əvəzlənməsi yaxın illərdə davam edəcək və bununla da əsasən Çin bazarında mövcud olan tendensiya bütün dünya bazarına yayılacaq”, - şirkət analitiki Riçard Şim deyib.

 

Ekspertlər əlavə ediblər ki, bazarın inkişafını böyükekranlı smartfonlarla yanaşı, yeni modellərin olmaması da dayandırıb. Xüsusilə bu, “Google Nexus” və “Amazon Kindle Fire” planşetlərinin tədarükünə təsir göstərib.

 

Qeyd edək ki, bu fakt ilk dəfə deyil sadalanır. Belə ki, iki həftə əvvəl "Morgan Stanley” şirkətinin analitiki Keti Hyuberti maraqlı modellərin olmamasına görə 2014-cü il üçün dünya bazarına planşetlərin tədarükü ilə bağlı proqnozu iki dəfə azaldıb.  

 

Vurğulanır ki, planşetlərin tədarük həcminin aşağı düşməsi birinci rübdə bütün dünya fərdi kompüter bazarında azalmaya (2012-ci ilin analoji dövrü ilə müqayisədə 5,2 faiz) səbəb olub.  

 

Qeyd etmək lazımdır ki, “DisplaySearch”in qiymətləndirməsi digər analitik şirkət "Gartner”in qiymətləndirməsinə nisbətən daha az optimist görünür. Bu şirkətin analitikləri apreldə bildiriblər ki, 2014-cü ilin birinci rübündə dünya bazarında fərdi kompüterlərin tədarükünün azalması 1,7 faiz təşkil edib. Rəqəmlərdəki fərq hesablama üsulu ilə izah olunur. Belə ki, "Gartner” planşetləri fərdi kompüterlərə aid etmir.  

 

Martın sonunda “Gartner” 2015-ci ilədək planşetlər bazarında stabil artımın olacağını proqnozlaşdırıb. Şirkətin məlumatına görə, 2014-cü ildə bazarın həcmi 39 faiz artaraq 270,7 milyona, 2015-ci ildə 29 faiz yüksələrək 349,1 milyona çatacaq, - "CNews” yazır.  





Baxış sayı: 551

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024