12px13px15px17px
Tarix:27/05/14

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 8-ci Beynəlxalq Konfrans oktyabrda keçiriləcək

Cari ilin 15-17 oktyabr tarixlərində Qazaxıstanın Astana şəhərində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 8-ci Beynəlxalq Konfrans (AICT-2014) keçiriləcək.
 
Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana gətirməkdir.
 
Bu baxımdan tədbirə İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamları dəvətlidir.
 
Təşkilat Komitəsindən bildirilib ki, “AICT-2014” adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur akademik konfranslardan biri olacaq. Qumilyov adına Avrasiya Milli Universiteti, Nazarbayev Universiteti, Qafqaz Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, İnformasiya Təhlükəsizliyi və Kriptologiya İnstitutunun təşkilatçılığı, IEEE - Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçiriləcək tədbirdə cari ildə əsas diqqət informasiya təhlükəsizliyinə veriləcək.
 
Bakı, Daşkənd, Tbilisidə keçirilən əvvəlki konfransların uğurlarına əsaslanaraq, bu il də informasiya və kommunikasiya texnologiyaları sahəsində müxtəlif ölkələrin alimləri, müəllim və tələbə heyəti, tədqiqatçılar, mütəxəssislər arasında yeniliklərin təqdimatı, tədqiqatlar, sınaq və təcrübələrin müzakirəsinin təmin edilməsi üçün “AICT-2014” xüsusi platformaya çevriləcək.
 
Təşkilat Komitəsinin məlumatına görə, tədbir müxtəlif illərdə 50-yə yaxın ölkənin, o cümlədən Avstraliya, Azərbaycan, ABŞ, Böyük Britaniya, Çin, Finlandiya, Gürcüstan, Almaniya, Hindistan, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Latviya, Malayziya, Pakistan, Filippin, Portuqaliya, Rumıniya,  Rusiya, Slovakiya, İspaniya, İsveç, Tailand, Türkiyə, Ukrayna, Özbəkistan və s. ölkələrdən olan tədqiqatçıların diqqətini cəlb edib. “AICT-2014” Beynəlxalq Konfransının tematik mövzularına 80-ə qədər istiqamət daxildir.  
 
Tədbir işini  “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində ən son tendensiyalar, nailiyyətlər”, “Böyük verilənlərin idarəsi və tətbiqi”, “Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” bölmələri üzrə aparacaq. Amma konfransın mövzuları yalnız bu sahələrlə məhdudlaşmır. “AICT-2014” konfransı çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Bunların sırasında “9-cu Beynəlxalq İnformasiya Təhlükəsizliyi Tədqiqat Konsorsium (IISRC) Konfransı”, “İnformasiya Cəmiyyəti üzrə 2-ci elmi-praktik konfrans”, “27-ci Kompüter Mühəndisliyi Bölmələri Müdirləri Beynəlxalq Sammiti”ni qeyd etmək olar. Hesab edilir ki, “AICT-2014” İKT sahəsindəki nailiyyətlərin daha da artmasına xidmət edəcək.
 
 
Qeyd edək ki,  “AICT-2013” konfransı 23-25 tarixlərində Bakıda keçirilib. Beynəlxalq konfransa Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RİTN), Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, “IEEE” Azərbaycan bölməsi, İnformasiya Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya) və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu tərəfindən texniki dəstək verilib.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

04/06/20
“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO-nun təşəbbüsü və dəstəyi, 

04/06/20
“Apple” şirkəti ABŞ-da etirazlar zamanı oğurlanmış “iPhone” smartfonlarını bloklayıb

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı soyğunçular tərəfindən oğurlanmış smartfonları bloklayır. Bu haq

04/06/20
“Zoom” müxtəlif ölkələrin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb

“Zoom” müxtəlif ölkələrdə təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Şirkətin əsas

04/06/20
Yeni “Nokia” televizoru nümayiş olunub

Bu gün 43 düym diaqonallı yeni “Nokia Smart TV” modelinin təqdimatı keçirilib.

04/06/20
“Lenovo Chromebook Flex 3i” noutbukunun ekranı 360 dərəcə dönür

“Lenovo” şirkəti “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Chromebook Flex 3i” adlı

04/06/20
“Samsung” şirkəti “5G” dəstəkli smartfonlar üçün yeni “OLED” ekran təqdim edib

“Samsung Display” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrini (5G) dəstəkləyən smartfo

04/06/20
“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtiba

04/06/20
“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyada

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.