12px13px15px17px
Tarix:27/05/14

Regionlarda İP TV xidməti genişləndirilir

Regionlarda İP TV xidməti genişləndirilir. “Aztelekom” İB-dən verilən məlumata görə, daha bir neçə rayon bu xidmətin əhatə dairəsinə qatılıb. Şəbəkənin  ən müasir texnologiyalarla qurulması bu xidmətdən istifadə edənlərin sayına müsbət təsir edib.  

Artıq Şamaxının ardınca bu xidmət Gəncə, Sumqayıt, Göyçay, Salyan, Ağdaş, Ucar, İmişli, Kürdəmirdə də  tətbiq edilib. Hazırda abunəçilərə müxtəlif qiymətlərə bir neçə paket təqdim edilir.

 Qeyd edək ki, İP kanallar üzərindən televiziyanın və videoinformasiyanın translyasiyası kabel və peyk teleyayımı ilə müqayisədə bir sıra texniki üstünlüklərə malikdir. Dayanıqlı əks-əlaqə abunəçi kanalının mövcudluğu operatorlara əlavə geniş xidmətlərin göstərilməsinə imkan yaradır.

Bundan başqa, İP mühitində işləyən abunəçi qurğusu, televizorun ekranına veb-səhifələr, elektron poçt, videokonfrans, bir sözlə, istənilən kontentlərin ötürülməsini və qəbulunu təmin edir.
 
RƏVAN



Baxış sayı: 345

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020