12px13px15px17px
Tarix:27/05/14

“Sazz İnternet” 28 May Respublika Günü münasibətilə xüsusi hədiyyə kampaniyası keçirəcək

Azərbaycanda “4G” texnologiyası əsasında fəaliyyət göstərən simsiz genişzolaqlı internet provayderi  “Sazz İnternet” 28 May Respublika Günü münasibətilə xüsusi hədiyyə kampaniyası keçirəcək.
 
Mayın 28-i və 29-da  “Sazz İnternet”ə yeni abunə olanlara “Sazz USB Flash” modemi hədiyyə ediləcək. Bunun üçün sadəcə  abunəçi müqaviləsini imzalamaq və iki aylıq abunə haqqını (50 AZN) əvvəlcədən ödəmək kifayətdir.  Hədiyyə kampaniyası şirkətin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də digər “Sazz 4G” satış nöqtələrində keçərli olacaq.

Xatırladaq ki, “Sazz 4G İnternet” ənənəvi olaraq hər bir yeni abunəçiyə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.

“Sazz İnternet” Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Balakən, Qax, Şəki,  Quba, Qusar və Xaçmaz şəhərlərində, həmçinin Abşeron yarımadasının əksər sahilyanı qəsəbələrində xidmət göstərir.  “Sazz İnternet” Lənkəran, Astara, Masallı və Lerik şəhərlərində də fəaliyyətə başlamağı planlaşdırır.

RƏVAN



Baxış sayı: 335

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020