12px13px15px17px
Tarix:27/05/14

Dövlət Miqrasiya Xidmətinin elektron xidmətlərində dəyişikliklər edilib

Azərbaycan Nazirlər  Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.

“ICTnews” elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”nda 33.2-ci bəndə “icazənin alınması” sözlərindən sonra “(müddətinin uzadılması)” sözləri əlavə edilib.

Bununla yanaşı, 33.3-cü bənddə “yaşamaq məqsədi ilə (immiqrant statusu almaq üçün) icazənin alınması” sözləri “yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması)” sözləri, 33.4-cü və 33.5-ci bəndlərdə “Əcnəbinin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin” sözləri “Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin” sözləri ilə əvəz edilib.

 “Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu” məzmunlu 33.5-1-ci bənd əlavə edilib.

CAHANGİR



Baxış sayı: 299

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020