12px13px15px17px
Tarix:29/05/14

Apreldə qlobal poçt trafikində spamın payı 71,1 faiz olub

“Kasperski laboratoriyası”nın hesablamasına görə, apreldə qlobal poçt trafikində spamın payı 71,1 faiz təşkil edib ki, bu da mart göstəricisindən 7,6 bənd çoxdur. Daha çox arzuolunmaz yazışmanın sayı son həftədə müşahidə olunub.
 
Maliyyə fırıldaqçıları bu dəfə bəzi şirkətlərin səhmlərini yuxarı faizlə almaq təklifində fəallaşıb. Onların qiymətləndirməsinə görə, səhmlərin dəyəri tezliklə artmalı və artan tələbat nəticəsində qiymət süni şəkildə yüksəlməli idi. Bu zaman fırıldaqçılar payı satmaqla səhmlərin qiymətinin kəskin azalmasına səbəb olub, aldadılan səhmdarlar isə ucuzlaşmış səhmlərlə kifayətlənib.
 
Dünya spamının əsas hissəsi hələ də Asiyanın payına düşür. Belə ki, Çin 24 faizlə liderliyini qoruyub, Cənubi Koreya 15,6 faizlə ikinci yerə yüksələrək ABŞ-ı (12,1 faiz) geridə qoyub.
  
 
Bundan başqa, apreldə daha çox yoluxmuş kompüterə server və istifadəçi kompüterlərinə hücum, eləcə də  məlumatların ələ keçirilməsi üçün nəzərdə tutulan “ZeuS/Zbot” ailəsindən troyanlar yükləyən çoxsaylı zərərli proqramlara rast gəlinib ki, bunlardan da daha çox bank məlumatlarının oğurlanması üçün istifadə olunur, - "Cybersecurity www.cybersecurity.ru” yazır.  





Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024