12px13px15px17px
Tarix:29/05/14

Ötən il dünya peyk sənayesi 35 milyard dollara qiymətləndirilib

“Northern Sky Research” (NSR) şirkətinin araşdırmalarının nəticələrinə əsasən, ötən il dünya üzrə yüzdən çox yeni peyk buraxılıb, yüzdən artıq peyk də sifariş edilib.

“ICTnews” xəbər xidmətinin “http://www.tdaily.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu arada NSR bildirib ki, yeni peyklərə olan tələbat tam ödənilməyib.

Ümumilikdə dünya üzrə peyklərin istehsalı və buraxılışı sahəsi üzrə ötən il ərzində 35 milyon dollar gəlir əldə edilib.
 
“GFeostasionar rabitə üzrə kommersiya peyklərinin sifariş həcmləri yaxın 10 il ərzində stabil olaraq qalacaq. Ötən il müşahidə olunan böyük artımdan sonra sənayedə qısamüddətli azalma qeydə alına bilər. Yeni peyklərə tələbat köhnəlmiş kosmik aparatların əvəzedilməsi və tutumların artırılması ilə yaranacaq. Əsasən Ku- və HTS diapazonunda tələbat müşahidə olunacaq. Buna baxmayaraq, bir sıra tendensiya artıma təsir göstərə və peyk istehsalı üçün ticarət mühitini dəyişə biləcək” – hesabat müəllifləri bu qənaətdədirlər:

  • Getdikcə daha çox yeni mühərrik tipləri istifadə edilir

  • Daha çox təchizatçı təqdim etdiyi platformaların sayını artırır

  • Çoxşüalı arxitektur getdikcə daha çox istifadə edilir

  • Daha böyük kütləyə malik olan peyklərin buraxılması mümkün olur.
 “Bütün sənaye inkişafdadır. Peyk istehsalçıları, onların buraxılışına xidmət göstərən  şirkətlər  bu inkişafa töhfələr verirlər. Sahə üzrə əsas tendensiya kimi “Airbus”, “Lockheed Martin” və “Mitsubishi Industries” şirkətlərinin yenidənqurma prosesləri, “SSL/MDA” və “Orbital/ATK” şirkətlərinin birləşmələri  və ya “Thales Alenia Space” (Spacebus), “Lockheed Martin” (A2100) və “Lockheed Martin” kommersiya buraxılışı xidmətlərində qiymət-təklif uyğunluğuna yenidən baxılmasını qeyd etmək olar.
 
Aynur Vəliyeva 
 



Baxış sayı: 359

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020