12px13px15px17px
Tarix:29/05/14

Dünya serverlər bazarının həcmi 4,1 faiz azalıb

“Gartner” analitik şirkətinin məlumatına görə, 2014-cü ilin birinci rübündə dünya serverlər bazarının həcmi 4,1 faiz azalaraq 11,4 milyard dollar olub. Digər analitik şirkət “IDC”-nin məlumatına əsasən, azalma 2,2 faiz – 10,9 milyard dollar təşkil edib. Analitiklər qeyd ediblər ki, dünya serverlər bazarının həcmində pul vahidində ardıcıl beşinci rübdür azalma müşahidə olunur.  

Bununla belə, serverlərin tədarükündə artım qeydə alınıb. “Gartner”ə görə, artım 1,4 faiz – 2,4 milyon ədəd, “IDC”-yə görə, 2,1 faiz – 2,1 milyon sistem təşkil edib.

Bütün seqmentlərdən yalnız “x86” arxitekturalı serverlər seqmenti nümayiş etdirib. Bu seqmentdə ardıcıl dördüncü rübdür artım qeydə alınır.    
 
"Gartner”in məlumatına görə, cari ilin birinci rübündə “x86” arxitekturalı serverlərin satışı pul vahidində 2,8 faiz, say vahidində 1,7 faiz artıb. “RISC/Itanium” bazalı “Unix” serverlərinin satışı pul vahidində 16,9 faiz, say vahidində 19,9 faiz aşağı düşüb. Digər arxitekturalı serverlərin satışında pul vahidində 37,6 faizlik azalma qeydə alınıb.   

Hesabat dövründə Avropa, Yaxın Şərq, Afrika regionuna (EMEA) serverlərin tədarükü 2013-cü ilin analoji dövrü ilə müqayisədə 6,1 faiz azalaraq 547,9 min ədəd təşkil edib. Bununla belə, son on bir rübdə bazar pul vahidində müsbət dinamika nümayiş etdirib: satış 2,5 faiz artaraq 3 milyard dollara çatıb.
“Hewlett-Packard” (HP) dünya serverlər bazarında mədaxil və tədarük həcminə görə liderliyini qoruyub. Cari ilin birinci rübündə şirkətin payı 25,5 faiz, say vahidində 22,6 faiz olub. “HP” EMEA regionunda da birinci yerdədir.  

"Gartner” vurğulayır ki, “IBM” şirkəti dünya serverlər bazarında pul vahidində ikinci, tədarük edilən sistem sayına görə üçüncü yeri tutur. “Dell” şirkəti mədaxilə görə üçüncü, tədarük həcminə görə ikinci yerdə qərarlaşıb, - "CNews www.cnews.ru” yazır.   
 



Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024