12px13px15px17px
Tarix:30/05/14

Fabletlər planşetlərin satışına mane olur

“International Data Corporation” (IDC) tədqiqat şirkəti planşet kompüterlərin illik tədarük həcmi üzrə proqnozunu 5,9% azaldıb. Bunu bu məhsula aşağı tələbatla izah edib.
 
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə ekspertlər hesab edirlər ki, 245,4 milyon planşet  tədarük ediləcək. Əvvəlki proqnoza görə, bu göstərici 260,9 milyon təşkil edib Cari ildə planşet bazarının həcmi ötən illə müqayisədə 12,1% artacaq. 2013-cü ildə artım 52% olub.
 
“IDC”-nin analitiki Tom Meynelli deyib ki, bu bazarda əsas problemlərdən biri məhsul bolluğudur. Belə qurğu almaq istəyənlərin əksəriyyəti artıq ona sahibdir. "Onlar yeni planşeti aldıqda köhnəsini  ailə üzvünə verirlər" – ekspert deyib.
 
Bundan başqa, fabletlər (5.5 düymdən yuxarı ekranla təchiz edilmiş smartfonlar) planşetlərə tələbatı azaldır.
 
2013-cü ildə qlobal smartfon bazarında fabletlərin payı iki dəfə artıb. Ötən il bu məhsulun tədarük həcmi 30 milyonu ötüb.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024