12px13px15px17px
Tarix:31/05/14

Hər gün 16 min yeni virus yaradılır

“PandaLabs” antivirus şirkəti 2014-cü ilin birinci rübündə yeni virusların sayı ilə bağlı hesabat dərc edib. Hesabata əsasən, üç ay ərzində 15 milyondan çox yeni zərərli proqram qeydə alınıb. Bu isə o deməkdir ki, hər gün 16 min yeni virus yaradılır.
 
Bu sayın 71,85 faizini troyanlar təşkil edir. Bu virus istifadəçi kompüterlərinin 79,9 faizini yoluxdurub.
 
“PandaLabs”ın məlumatına görə, zərərli proqramlar hər üçüncü telefona müdaxilə edib. Bu göstərici üzrə lider zərərli proqram təminatının qurğuların yarısından çoxunda quraşdırıldığı (52,36 faiz) Çindir, - “Xaker” www.xakep.ru yazır.
 




Baxış sayı: 1268

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024