12px13px15px17px
Tarix:31/05/14

RYTN-də “İnternet, yüksək texnologiyalar və insan hüquqları” mövzusunda “dəyirmi masa” keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “İnternet, yüksək texnologiyalar və insan hüquqları” mövzusunda “dəyirmi masa” keçiriləcək.
 
Tədbirin  iyun ayının 4-də keçirilməsi nəzərdə tutulub. “Dəyirmi masa” Azərbaycanda həyata keçirilən “İnsan hüquqları aylığı” çərçivəsində baş tutacaq.
 
 
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” keçirilir.
 
 
Aylığın məqsədi insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.
 
 
Bu ay çərçivəsində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT və KİV-lər, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur.
 
 
Aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcəkdir.
 
 
SEYMUR
 
 
 



Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024