12px13px15px17px
Tarix:02/06/14

“IDC”: “Smartfonların qiyməti ucuzlaşacaq”

Smartfonların qiymətində azalma ən azı 2018-ci ilədək davam edəcək. Bunu “IDC” şirkətinin analitikləri bildirib.
 
Qeyd olunur ki, hətta "iPhone” smartfonlarının qiyməti də aşağı düşəcək. Belə ki, 2018-ci ildə "iPhone”nun operatora bağlantısı olmadan orta qiymətinin hazırkı 657 dollardan 604 dollaradək azalacağı gözlənilir. Bundan başqa, 2018-ci ildə “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların orta qiymətinin müxtəlif səviyyəli modellər sayəsində hazırkı 254 dollarla müqayisədə 215 dollaradək aşağı düşəcəyi proqnozlaşdırılır. Həmçinin qeyd olunan müddət ərzində “Windows Phone” mobil əməliyyat sistemli smartfonların qiyməti 265 dollardan 214 dollaradək azalacaq.
 
Analitiklər qeyd edirlər ki, qiymətlərin azalması smartfonların keyfiyyətinin aşağı düşməsi anlamına gəlmir. İki il əvvəl yalnız bahalı qurğularda quraşdırılan ekran və prosessorlar hələ də yaxşı məhsuldarlığı təmin edir və daha ucuz qurğularda istifadə oluna bilər.  
 
Analitiklərin qənaətinə görə, ədəd sayında smartfonların satışı kəskin artacaq. Proqnoza əsasən, 2014-cü ildə 1,2 milyard smartfon satılacaq ki, bu da 2013-cü ilin göstəricisindən 23,1 faiz çoxdur. Analitiklər həmçinin qeyd edirlər ki, 2018-ci ilədək smartfonların tədarük həcmi 1,8 milyard ədədə çatacaq və bu həcmin təxminən üçdə bir hissəsi Çinin payına düşəcək. Həmin vaxtadək smartfonların 77,6 faizi “Android” (bu il 80,2 faiz), 13,7 faizi  "iOS” (2014-cü ildə 14,8 faiz) əməliyyat sistemlərinin idarəetməsi ilə işləyəcək. Analitiklərin qiymətləndirməsinə görə, 2018-ci ildə yalnız "Windows Phone”nun payı hazırkı 3,5 faizdən 6,4 faizədək artacaq, - “Computerworld www.osp.ru” yazır.   
 



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024