12px13px15px17px
Tarix:03/06/14

“Apple”ın yeni maliyyə rəhbəri 1 milyon dollar məbləğində maaş alacaq

Mayın 29-da Luka Maestri “Apple”ın yeni maliyyə direktoru təyin edilib. “Bloomberg” informasiya agentliyi “alma” şirkətinin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına göndərdiyi sənədlərə istinadən yazır ki, “Apple”ın yeni maliyyə direktoru 1 milyon dollar məbləğində illik maaş alacaq.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Apple”ın əvvəlki maliyyə direktoru Piter Oppenqeymer olub. O, bu vəzifədə təxminən 18 il işləyib. Oppenqeymer ailəsinə daha çox vaxt ayırmaq üçün işini tərk edib.
 
Luka Maestri 2013-cü ilin əvvəlində “Apple” şirkətinə qoşulub. O,  maliyyə sahəsində 25 illik iş təcrübəsinə malikdir.
 
Emil Hüseynov



Baxış sayı: 529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024