12px13px15px17px
Tarix:04/06/14

“Sony Xperia T3” smartfonu təqdim olunub

Yaponiyanın “Sony” şirkəti 5,3 düym diaqonallı dünyanın ən nazik smartfonu kimi qələmə verilən “Xperia T3” modelini təqdim edib. Model orta texniki xarakteristikalara malik olsa da, polad dizaynda hazırlanıb və arxa qapağı donuq materialdandır.   

Qurğu “Full HD” (1280х720 ) formatlı 5,3 düym displey, 1,4 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon” prosessor, çəkilişin “HDR” rejimində və seriyalı çəkiliş (iki saniyədə 31 kadradək) imkanı ilə 8 meqapikselli kamera ilə təchiz edilib. “Xperia T3” “Android” əməliyyat sisteminin 4.4 (KitKat) versiyası ilə işləyir. 

Aparatın akkumulyatorunun tutumu 2500 milliamper saat təşkil edir. Şirkət nümayəndələrinin sözlərinə görə, enerji 63 saat ərzində fasiləsiz musiqini dinləməyə və ya təxminən 13 saat fasiləsiz danışmağa kifayət edir. Qurğunun ümumi qabariti 150,7х77х7 millimetr, çəkisi 148 qram təşkil edir.
Bundan başqa, ağ, qara və bənövşəyi rənglərdə bazara çıxarılacaq qurğunun “4G” (LTE) şəbəkəsini dəstəkləməsi qeyd olunur. Satışa iyulda çıxarılacaq “Xperia T3”-ün qiyməti barədə “Sony” əlavə məlumat verəcək, - “Vesti www.vesti.ru” yazır.  
 
 
 
 
 
*********************



Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024