12px13px15px17px
Tarix:04/06/14

Çində “Google”un xidmətlərinin əksəriyyəti bloklanıb

“Google”un xidmətlərinin bir hissəsi Çində bloklanıb. Ehtimal ki, bu, Tyananmen meydanında baş vermiş hadisələrin ildönümünün yaxınlaşması ilə əlaqədardır. Xatırladaq ki, 1989-cu ildə bu meydanda tələbə nümayişi dağıdılıb.
 
Demək olar ki, “Google”un bütün resursları bloka düşüb. Bundan başqa, çinli istifadəçilərə “Google”un xidmətləri yalnız Çin domenində deyil, həm də Honkonq və xarici versiyalarda əlçatan deyil.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Google” rəsmiləri bildiriblər ki, 31 may tarixindən etibarən Çində şirkətin xidmətləri yalnız qismən əlçatandır, korporasiya tərəfindən heç bir texniki problem qeydə alınmayıb.
 
Çin hakimiyyəti şəbəkədə yayılan informasiyanı nəzarətdə saxlamağa çalışır və dövlət siyasətinə uyğun olmayan bir çox resursları bloklayır. Məsələn, Çində “Twitter”, “Facebook” və “YouTube” kimi resurslar əlçatmazdır.
 
Emil Hüseynov



Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024